Emil Pənahova yüksək vəzifə verildi - FOTO

Emil Pənahova yüksək vəzifə verildi - FOTO
16 Apr 2025 15:42

"Azərbaycan Dəmiryolları" QSC-nin Təchizat departamentinin müdiri vəzifəsindən ayrılan Emil Pənahovun yeni iş yeri məlum olub.

News365.az xəbər verir ki, o bundan sonrakı fəaliyyətini "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi"ndə (AZCON) davam etdirəcək.

Emil Pənahov sözügedən qurumda təchizat işlərinə rəhbərlik edəcək.

Qeyd edək ki, Emil Pənahov 2023-cü ildən ADY-də fəaliyyət göstərib və bu ay karyerasında yeni mərhələyə başlamaq üçün qurumdan ayrılıb.


Sizin reklam burada
Sizin reklam burada