Pentaqonda qalmaqal: Nazirin müşaviri informasiya sızdırıb

Pentaqonda qalmaqal: Nazirin müşaviri informasiya sızdırıb
09:00

ABŞ müdafiə nazirinin müşaviri Den Koldvel informasiya sızdırmaqda şübhəli bilinərək inzibati məzuniyyətə göndərilib. Bu barədə “Reuters” məlumat yayıb. Nəşr öz mənbələrinə istinad edib.


Pentaqondan informasiya sızması ilə bağlı aparılan təhqiqatın nəticəsi göstərib ki, Koldvelin “icazəsiz açıqlamalarda” əli olub. Anonim Vaşinqton rəsmisinin sözlərinə görə, bu fakt aşkar edildikdən sonra, o, tez bir zamanda öz hesabına inzibati məzuniyyətə göndərilib. Hazırda istintaq davam edir.

Xatırladaq ki, aprelin 13-də bu mövzuda məlumat yayılmışdı. Bildirilirdi ki, ABŞ Daxili Təhlükəsizlik Departamenti milli təhlükəsizliklə bağlı məlumatların sızmasına görə məsuliyyət daşıyanların axtarışı üçün öz işçilərini poliqrafiya ilə sınaqdan keçirir.

Tural


Sizin reklam burada
Sizin reklam burada