"Ermənistanda yaşayan bu vətəndaşlar çox təhlükəlidir"- Tural Gəncəliyev

"Ermənistanda yaşayan bu vətəndaşlar çox təhlükəlidir"- Tural Gəncəliyev
16 Apr 2025 14:57

"Təbii ki, bunun arxasında dayanan Ermənistanda revanşist qüvvələr, xüsusilə də Fransaya yönəlmiş Avropa İttifaqına bağlı dairələr dayanır. Eyni zamanda dünya erməni diasporalarına bağlı güc mərkəzləri ilə əlaqəli qruplardır."

Milli Məclisin deputatı Tural Gəncəliyev bu sözləri News365.az-a açıqlamasında deyib. 

"Əgər xatırlayırsınızsa, cənab Prezident də öz çıxışlarında bunu vurğulamışdı – fəal və passiv revanşistlər var. Təbii ki, bu cür qruplar əsasən mitinqlər keçirməklə, bəyanatlar səsləndirməklə passiv revanşistlər kimi çıxış edirlər. Ancaq onların əlində silah olsaydı, imkanları yaransaydı, birinci olaraq Azərbaycana qarşı silah qaldırıb yenidən müharibə başlamağa cəhd edən qruplar da məhz bunlar olardı. Hazırda doğrudur, onların etiraz aksiyaları guya Ermənistan hökumətinə qarşı yönəlib. Amma buna baxmayaraq, bu, Ermənistan və Azərbaycan arasında sülhə çağırış edən, Ermənistanın özü də qeyd etdiyi kimi sülh müqaviləsini imzalamağa hazır olduğunu bildirən şəxslərin diqqətini çəkməlidir.

Bu gün biz Azərbaycan paytaxtında, Azərbaycan şəhərlərində Ermənistana qarşı heç bir etiraz aksiyaları, mitinqlər görmürük. Biz sülh müqaviləsini imzalamaq istəyirik və bunu gözləyirik. Ən azından Ermənistanda isə hər gün vətəndaşlar – istər Qarabağda yaşamışlar, istərsə də Qarabağla bağlı olanlar, bəzən marginal görünsələr də – çox aktiv şəkildə çıxış edirlər və bu qruplar əslində çox təhlükəlidir."


Sizin reklam burada
Sizin reklam burada