ABŞ dövlət katibi Marko Rubio və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkof gələn həftə Parisə səfər edəcək. "Politico"nun yaydığı məlumata görə, onlar Ukraynadakı münaqişəni, eləcə də İranla əlaqələri və ticarət tariflərini müzakirə etməyi planlaşdırırlar. Nəşr mənbələrinə istinad edib.
Qeyd edilib ki, səfər zamanı Uitkofun Fransa prezidenti Emmanuel Makronla görüşü də nəzərdə tutulub. Öz növbəsində Rubio ölkənin Avropa və Xarici İşlər naziri Jan-Noel Barrot ilə danışıqlar aparacaq. Ukrayna, İran və tariflərdən əlavə, İsrailin hərbi əməliyyat keçirdiyi Qəzza zolağındakı vəziyyət də gündəmdədir. Hər iki görüşün dəqiq tarixi açıqlanmayıb.
Tural