“Prezidentin regionlara səfərləri sosial-iqtisadi inkişafın göstəricisidir” - Tural İsmayılovun şərhi

“Prezidentin regionlara səfərləri sosial-iqtisadi inkişafın göstəricisidir” - Tural İsmayılovun şərhi
14:11

Prezidentin regionlara səfərləri Azərbaycan dövlətinin regionların sosial-iqtisadi inkişafı siyasətinin vacib elementi hesab olunur.

Politoloq Tural İsmayılov News365.az-a açıqlamasında bildirib ki, işğaldan azad edilmiş bölgələrdə və digər regionlarda həyata keçirilən abadlıq, quruculuq və yeni sənaye, eləcə də sosial müəssisələrinin açılışı ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət kəsb edir.

“Prezident sıx iş qrafiki ilə hər zaman regionlarda olur, önəmli sənaye və sosial müəssisələrin açılışlarında iştirak edir. Bu, Azərbaycan dövlətinin regionların inkişafı ilə bağlı siyasətini aydın şəkildə göstərir,” – deyə İsmayılov vurğulayıb.

O əlavə edib ki, Prezidentin regionlara səfərləri həm də dövlət və cəmiyyət arasındakı birliyin göstəricisidir:

“Ölkə başçısı səfərlərində iş adamları, investorlarla görüşür, işğaldan azad edilmiş bölgələrdə isə evlərinə qayıtmış ailələrlə görüşür. Bu həm vətəndaşlarla Prezident arasındakı bağlılığı göstərir, həm də xalqın birliyi və vəhdətini əks etdirir.”


Sizin reklam burada
Sizin reklam burada