“Ermənistanın növbəti baş naziri mən olacam”.
News365.az xəbər verir ki, bunu müxalif “Güclü Ermənistan” partiyasının sədri və rusiyalı oliqarx Samvel Karapetyan deyib.
“Əmin olun, növbəti baş nazir mütləq mən olacam və siz də məni alqışlayacaqsınız. Hətta Paşinyan da alqışlayacaq”, - o, jurnalistlərə açıqlamasında bildirib.
Nə vaxt baş naziri olacağı sualına isə Karapetyan belə cavab verib: “Gizli deyəcəm”.
Müxalifətin hakimiyyətə qarşı mümkün mitinqlərinə gəlincə, rusiyalı oliqarx qeyd edib:
“Nəyə ehtiyac olsa, edəcəyik. Görürəm ki, ən çox mən və siz tələsirik ki, Paşinyanı yola salaq. Amma bu işə “ağlı başında adam” lazımdır. O “ağlı başında adam” artıq var, qoyun sakitcə işimizi görüb bitirək. O ağlı başında olan adam elə mən özüməm. Təəccüblənə bilərsiniz, o mənəm”.