Burak Kut illər sonra səhnəyə qayıdır

Burak Kut illər sonra səhnəyə qayıdır
18:40

1990-cı illərin musiqi səhnəsinin tanınmış simalarından olan türkiyəli müğənni Burak Kut uzun fasilədən sonra musiqiyə qayıtmağa hazırlaşır.

Məşhur sənətçi 16 yaşlı qızı üçün yenidən səhnəyə çıxmaq istədiyini açıqlayıb. Burak Kut bildirib ki, qarşıdakı illərdə yeni layihələr üzərində çalışmaq və musiqi fəaliyyətini yenidən aktivləşdirmək niyyətindədir.

Sənətçi 2026 və 2027-ci illərdə yeni mahnılar yayımlamağı planlaşdırdığını da qeyd edib.

Burak Kut 1990-cı illərdə Türkiyə pop musiqisinin ən məşhur adlarından birinə çevrilib. Onun musiqiyə dönüş xəbəri həmin dövrün pərəstişkarları arasında da maraq doğurub.


Sizin reklam burada
Sizin reklam burada