Polis evə baxış keçirərkən təsadüfən ayı balası tapdı - VİDEO

Polis evə baxış keçirərkən təsadüfən ayı balası tapdı - VİDEO
05 İyn 2025 13:06

Rusiyada maraqlı hadisə baş verib. Samara vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən aparılan əməliyyat-istintaq işləri zamanı gözlənilməz hadisə baş verib. Voljski rayonunda evə baxış zamanı bir ayı balası polisə doğru qaçıb. Hadisəni Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk özünün Telegram kanalında paylaşıb.

Polislərin sözlərinə görə, onlar evlərdən birinin ərazisində olublar və sadəc orada baxış keçirməli imişlər. Polislər itin narahat davranışını sezə biliblər. Heyvanın niyə əsəbi olduğunu öyrənmək üçün polislər zirzəmiyə eniblər. Onlar itin hürdüyü səs tərəfdən bir qapını açıblar və bir ayı balası itlə birlikdə onların yanına qaçıb.

Ev sahibinin sözlərinə görə, o, ayı balasını Başqırdıstandan qayıdarkən magistral yoldan tapıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada