“ABŞ Ukrayna müharibəsindən geri çəkilməyib, sadəcə iştirak mexanizmini dəyişib” - Aydın Quliyev

“ABŞ Ukrayna müharibəsindən geri çəkilməyib, sadəcə iştirak mexanizmini dəyişib” - Aydın Quliyev
15:19

ABŞ-ın Ukrayna müharibəsindən geri çəkilməsi barədə iddialar tam həqiqətə uyğun deyil. Sadəcə olaraq, Vaşinqtonun bu münaqişədə iştirak forması dəyişib.

Bu barədə News365.az-a politoloq Aydın Quliyev açıqlama verib.

Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırması və ya Rusiyaya güzəştə getməsi ilə bağlı deyilənlər də dəqiq deyil:

“Birincisi, ABŞ-ın Ukrayna məsələsindən çəkildiyini demək bir mənalı şəkildə mümkünsüzdür. İkincisi, Avropa ilə ABŞ-ın bu məsələdə strateji ziddiyyət yaşadığı fikri də doğru deyil. Sadəcə, Amerika iştirak mexanizmini dəyişib.”

Politoloq qeyd edib ki, keçmiş prezident Donald Tramp dövründə də sülh mesajları verilmiş, ABŞ-ın birbaşa iştirakdan çəkildiyi görüntüsü yaranmışdı:
“Biden dövründə isə Ukraynaya yardım əsasən əvvəlki administrasiyalar dövründə imzalanmış sazişlər əsasında həyata keçirilirdi. Yeni sazişlərə imza atılmasa da, mövcud dövlət öhdəlikləri yerinə yetirilirdi.”

Aydın Quliyevin sözlərinə görə, bu mərhələdən sonra proses Avropa və NATO üzərindən davam edib:
“Artıq NATO-nun vasitəsilə Ukraynanın maliyyələşdirilməsi və hərbiləşdirilməsi prosesi işə düşüb.”

Qeyd edək ki, Ukrayna-Rusiya müharibəsində Qərbin iştirakı və strategiyası hazırda beynəlxalq siyasi gündəmin əsas müzakirə mövzularındandır.


Sizin reklam burada
Sizin reklam burada