Ukrayna prezidenti Volodimir Zelenski Rusiya və Ukrayna arasında sülh danışıqlarının üçüncü turu ilə bağlı açıqlama verib.
News365.az xəbər verir ki, bu barədə Ukrayna Rəyasət Heyətinin rəsmi internet səhifəsi məlumat yayıb.
Zelenski Rusiya ilə danışıqlar üçün nümayəndə heyətinin formalaşdırılması haqda tapşırıq verib.
Görüşə Ukrayna Təhlükəsizlik Şurasının katibi Rüstəm Umerov rəhbərlik edəcək. Həmçinin nümayəndə heyətinə Ukrayna kəşfiyyatı, XİN və Prezident Ofisinin nümayəndələri daxil ediləcək.
Xatırladaq ki, Ukrayna nümayəndə heyətinin Rusiya tərəfi ilə danışıqlarının növbəti raundu iyulun 23-də Türkiyədə keçiriləcək.