“Azərbaycan sonsuzadək Rusiya tərəfindən cavab gözləyə bilməz”- Ceyhun Məmmədov

“Azərbaycan sonsuzadək Rusiya tərəfindən cavab gözləyə bilməz”- Ceyhun Məmmədov
15:24

Prezident İlham Əliyev III Qlobal Media Forumunda bir daha Azərbaycanın mövqeyini beynəlxalq ictimaiyyətə çatdıraraq, Rusiya tərəfindən sentyabrda baş vermiş hərbi təyyarənin vurulması ilə bağlı cavab verilmədiyini vurğulayıb.

Bu barədə News365.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.

Deputatın sözlərinə görə, hadisənin üzərindən 7 ay keçməsinə baxmayaraq, Rusiya tərəfi Azərbaycan tərəfinin rəsmi sorğularına yalnız "araşdırırıq" cavabını verir:
“Azərbaycanın aidiyyəti qurumları dəfələrlə rəsmi şəkildə Rusiya tərəfinə müraciət etsə də, cavab eynidir. Halbuki, Azərbaycan tərəfinin əlində təyyarənin hansı şəraitdə və kim tərəfindən vurulması ilə bağlı kifayət qədər faktlar mövcuddur. Səs yazıları, şahid ifadələri və media materialları bu məsələyə aydınlıq gətirir.”

Ceyhun Məmmədov qeyd edib ki, məsələ təkcə təqsirkarların cəzalandırılması ilə bağlı deyil, eyni zamanda kompensasiya məsələsini də əhatə edir:
“Azərbaycan mediyasında dəfələrlə bu məsələ geniş müzakirə olunub. Artıq bu qədər açıq-aşkar faktların mövcudluğu fonunda Rusiya tərəfinin susqunluğu qəbuledilməzdir.”

Deputat əlavə edib ki, bu şərtlər daxilində Azərbaycanın Beynəlxalq Məhkəməyə müraciət etməkdən başqa yolu qalmayıb:
“Azərbaycan tərəfi 7 ay ərzində səbir nümayiş etdirdi, lakin cavab gəlmədiyi üçün artıq hüquqi müstəviyə keçmək zərurəti yaranıb. Azərbaycan sonsuzadək cavab gözləyə bilməz.”

Qeyd edək ki, sözügedən hadisə 2023-cü ilin sentyabrında baş vermişdi və Azərbaycan ordusuna məxsus hərbi helikopterin vurulması ilə bağlı məsuliyyət məsələsi hələ də açıq qalır.


Sizin reklam burada
Sizin reklam burada