Konstitusiya Məhkəməsi, CHP-nin Hakimlər və Prokurorlar Şurası (HSK) üzvlərinin seçiminin ləğvi tələbi ilə bağlı müraciətini çoxluq səslə rədd edib.
News365.az xəbər verir ki, CHP tərəfindən, Türkiyə Böyük Millət Məclisi (TBMM) Baş Assambleyasında keçirilmiş Hakimlər və Prokurorlar Şurası (HSK) üzvlərinin seçiminin ləğvi və icrasının dayandırılması tələbilə edilən müraciət Konstitusiya Məhkəməsi tərəfindən “səlahiyyətsizlik” əsas göstərilərək rədd edilib. Müraciətin çoxluq səsilə rədd edildiyi bildirilib.
TBMM Baş Assambleyasında, 5 HSK üzvlüyü üçün keçirilən seçkilər nəticəsində Füzuli Aydoğdu, Hakan Yüksel, Seyfi Han, Cengiz Aydemir və Alişan Tiryaki HSK üzvü olaraq seçilmişdi.
CHP, TBMM Baş Assambleyasında keçirilmiş bu seçkilərin həm prosedura, həm də mahiyyətcə qanuna zidd olduğunu əsas gətirərək, 5 şura üzvünün seçiminin ləğvi və icrasının dayandırılması üçün Konstitusiya Məhkəməsinə müraciət etmişdi.
Konstitusiya Məhkəməsinin Plenumu müraciətin ilkin araşdırmasını aparıb. Müraciət “səlahiyyətsizlik” səbəbilə 4 üzvün əleyhinə səslərinə qarşı 11 üzvün lehinə səsilə çoxluqla rədd edilib.
News365.az