Tbilisinin mərkəzində ərazi Azərbaycanın istifadəsinə verilib

Tbilisinin mərkəzində ərazi Azərbaycanın istifadəsinə verilib
13:11

Gürcüstan Tbilisidə torpaq sahəsini Azərbaycana pulsuz istifadəyə verib, icarə müddəti 49 il təşkil edəcək.

News365.az xəbər verir ki, Vaxtanq Qorqasali küçəsindəki sahə hökumətin sərəncamı ilə səfirliyin istifadəsinə verilib.

Məlumata görə, müvafiq sənəd iyulun 18-də Baş nazir İrakli Kobaxidze tərəfindən imzalanıb. Əsas kimi Gürcüstanın "Dövlət mülkiyyəti haqqında" Qanununun 36-cı maddəsinin 2-ci bəndi götürülüb.


Sizin reklam burada
Sizin reklam burada