Bu aylarda təqaüd verilməyəcək

Bu aylarda təqaüd verilməyəcək
30 İyn 2025 22:18

Yay mövsümünün başlaması ilə bir çox tələbə tərəfindən ən çox verilən suallardan biri "Təqaüdlər yay aylarında da veriləcəkmi?" sualıdır.

Azərbaycanda dövlət tərəfindən verilən əksər tələbə təqaüdləri yalnız tədris ili müddətində - yəni sentyabr ayından iyun ayına qədər ödənilir. Bu adi akademik təqvimə uyğun olaraq həyata keçirilir. Nəticə etibarilə, iyul və avqust aylarında əksər tələbələr üçün təqaüd ödənişləri dayandırılır.

Lakin bəzi istisnalar da mövcuddur. Belə ki, sosial müdafiə məqsədi ilə verilən sosial təqaüdlər, eləcə də Prezident təqaüdü və digər xüsusi təqaüdlər yay aylarında da davam edə bilər. Bu ödənişlər təqaüdün növünə və onu verən qurumun qərarına əsasən dəyişə bilər.

Qeyd edək ki, 2 aylıq təqaüd isə sentyabrda verilir.//Metbuat.az


Sizin reklam burada
Sizin reklam burada