İsti havaya görə birgünlük TƏTİL ELAN EDİLDİ

İsti havaya görə birgünlük TƏTİL ELAN EDİLDİ
12:12

İranın paytaxtı Tehranda isti hava şəraiti ilə bağlı birgünlük tətil elan olunub.

News365.az “IRAN Daily” qəzetinə istinadən xəbər verir ki, Tehranda və onun ətrafında hökumət idarələri, banklar və müəssisələr çərşənbə günü həddindən artıq istilər və enerjiyə qənaət məqsədilə bağlı olacaq.

Havanın temperaturu 40 dərəcəni keçdiyi üçün hökumət vətəndaşlara iyulun 23-ü günün ən isti saatlarında evdə qalmağı tövsiyə edib.

Hökumət sözçüsü Fatimə Mühacirani bazar ertəsi xalqı elektrik və su istehlakını azaltmaq üçün tədbirlər görməyə çağırıb.

Xatırladaq ki, İranda 2024-cü ilin iyul ayında həddindən artıq istilərə görə birgünlük, 2023-cü ildə isə ikigünlük tətil elan edilmişdi.


Sizin reklam burada
Sizin reklam burada