Beşiktaş Klubunun keçmiş prezidenti Fikret Orman ilə eşq yaşadığı üzə çıxan maneken Güzide Duranın iş adamı əri Adnan Aksoy ilə mübahisəli boşanma prosesi davam edir. Bu müddətdə uşaqlarından uzaq qalan Duran, sosial mediada onların şəkillərini paylaşaraq izləyicilərinə ürəyini boşaldıb və “intiqam” sözü diqqət çəkib.
News365.az xəbər verir ki, 1996-cı ildə Türkiyənin “Best Model” birincisi olan Güzide Duran, 3 aprel 2008-ci ildə Çırağan Sarayında iş adamı Adnan Aksoyla evlənib. Onların 2 uşağı dünyaya gəlib. Lakin cütlüyün evliliyində böhran yaranıb və boşanmağa qərar veriblər.
Duranın adı Galatasaray Futbol Klubunun baş məşqçisi Okan Burukla eşq söyləntilərinə qarışıb. Adnan Aksoy həyat yoldaşının etibarını sındırdığını və ona təhqir etdiyini iddia edərək 2 lirəlik təzminat tələb edib.
Duran isə boşanmanın səbəbkarının ərinin olduğunu bildirərək qarşı iddia qaldırıb. O, 20 milyonluq təzminat istəyir və zorakılıq iddialarında bulunub.
Bu hadisələr davam edərkən Duranın Beşiktaş Klubunun keçmiş prezidenti Fikret Ormanla görüşdüyü deyilib. Onların eşqi isə keçən həftə sənədləşib. Arnavutköydə bir məkanın çıxışında əl-ələ tutaraq fotoqraflara tuş gəliblər.
News365.az