Musiqiçini maşın vurub öldürdü

Musiqiçini maşın vurub öldürdü
13:59

Bakı şəhər Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.

News365.az xəbər verir ki, Bakı-Qazax magistralının Ələt qəsəbəsindən keçən hissəsində avtomobil Ağcabədi rayon sakini Mais Cəfərovu vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.

Bildirilib ki, hadisədən əvvəl M.Cəfərovun maşınının benzini bitibmiş. O, avtomobilinə benzin almaq istəyərkən bədbəxt hadisə ilə üzləşib.

“Unikal”ın məlumatına görə, M.Cəfərov sintezator ifaçısı imiş.




Sizin reklam burada
Sizin reklam burada