Azərbaycan XİN rəhbəri: Ermənistanla sülh yolunda yaxşı perspektivlər mövcuddur

Azərbaycan XİN rəhbəri: Ermənistanla sülh yolunda yaxşı perspektivlər mövcuddur
13:32

Azərbaycan və Gürcüstan xarici işlərinin təkbətək və geniş tərkibdə baş tutan görüşləri zamanı regional və qlobal təhlükəsizlik məsələləri, Ermənistan-Azərbaycan arasında post-münaqişə proseslərinə dair fikir mübadiləsi aparılıb.

News365.az xəbər verir ki, bunu həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.

“Müzakirələr zamanı biz qlobal miqyasda baş verən proseslər, bölgəmizə təsir edə bilən təhlükəsizlik təhdidləri, digər qarşılıqlı maraq doğuran məsələləri müzakirə etdik. Eyni zamanda, dəyərli həmkarıma Ermənistan-Azərbaycan postmünaqişə dövründə və onun hazırkı mərhələsində gedən proseslər barədə ətraflı məlumat verdim. Bu kontekstə iyulun 10-da Əbu-Dabidə Azərbaycan və Ermənistan liderləri arasında baş tutmuş danışıqlar, mövcud müsbət dinamika barədə məlumat verdim. Hesab edirik ki, sülh yolunda yaxşı perspektivlər mövcuddur. Biz bu yolun davam etdirilməsini real hesab edirik. Bu yolun başa çatdırılması üçün bəlli addımlar var, lakin Ermənistan tərəfi hələ ki bu addımları atmayıb”, - Ceyhun Bayrmaov qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada