Rusiya Prezidenti Vladimir Putin 23 iyulda hökumət üzvləri ilə videoəlaqə vasitəsilə iclas keçirəcək.
News365.az-ın tass-a istinadən məlumatına görə, Dövlət başçısının iş cədvəli barədə məlumatı Kremlin mətbuat xidməti yayıb.
“Müzakirənin əsas mövzusu ‘Zemsk müəllim’, ‘Zemsk həkim’, ‘Zemsk feldşer’, ‘Zemsk mədəniyyət işçisi’ və ‘Zemsk məşqçi’ proqramlarının inkişafıdır,” – məlumatda qeyd olunur.
Baş nazir müavinləri Tatyana Qolikova və Dmitri Çernışenkonun məruzələri gözlənilir.
Bundan əlavə, Kremlin məlumatına görə, “hazırkı məsələlər də nəzərdən keçiriləcək.”
News365.az