Prezident İlham Əliyevin III Qlobal Media Forumunda səsləndirdiyi fikirlər həm regional, həm də qlobal proseslərə dair mühüm yanaşmaları əhatə edir.
Bu barədə News365.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Onun sözlərinə görə, Prezidentin çıxışında Azərbaycanın xarici siyasət konsepsiyasının əsas prinsipləri bir daha vurğulanıb:
"Forumda sülh danışıqları ilə bağlı verilən önəmli mesajlardan biri də ATƏT-in minsk qurupunun ləğv olunması labüd və qaçınılmazdır.
Prezident açıq şəkildə bildirdi ki, bu məsələdə geri addım mümkün deyil və bu, Azərbaycanın qətiyyətli şərtidir."
Politoloq əlavə edib ki, Ermənistan tərəfindən konstitusiyaya dəyişiklik olunması da Azərbaycanın irəli sürdüyü əsas tələblərdən biridir:
"Hər iki şərtin yerinə yetirilməsi halında sülhə daha yaxın ola bilərik."
Qeyd edək ki, III Qlobal Media Forumu iyulun 20-də Şuşada keçirilib.