Polis əməkdaşları 22 kiloqramdan artıq narkotik vasitə aşkarlayıb.
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində avqustun 23-24-də ümumilikdə 22,2 kiloqramdan artıq narkotik vasitə və 27 ədəd psixotrop tərkibli həb aşkar edilərək götürülüb.
Nazirlikdən bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.