Ömrümüz necə keçir? - Tural İrfan yazır

Ömrümüz necə keçir? - Tural İrfan yazır
09:13
İşığa 76 manat borcum vardı. Bu gün xəbərdarlıq etmədən yenə gəlib kəsmişdilər. Borc alıb 70 manat ödədim həll etmədilər. Dedilər ki, mütləq 6 manatı da ödəməlisən. Onu da ödədim. Sonra da yoxa çıxdılar. Uzun zənglərdən, çətinlikdən sonra bir az olar gəlib qoşdular. Ömür bax beləcə keçir...
Bir gün işıqla, bir gün qazla, bir gün su ilə, bir gün kanalizasiya ilə, yarım gün tıxaclarla, yerdə qalan günlər də digər sosial problemlərin həlini düşünməklə, küçə itlərindən xilas yolunu axtarmaqla keçir, bir də baxırsan ay bitdi, il yetişdi...
Saysız - hesabsız qayğıların, ehtiyacların içində necə yazıb yaradasan? Necə düşünəsən?
Tural İrfan, dinşünas

Sizin reklam burada
Sizin reklam burada