İsrail qoşunları cümə günü Qəzza zolağının bəzi bölgələrindən geri çəkilməyə başlayıb.
News365.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Qeyd edilir ki, bu addım İsraillə HƏMAS arasında əldə olunmuş atəşkəs razılaşmasının ilk mərhələsidir.
Agentlik qeyd edir ki, iki ildən artıq davam edən müharibədən sonra bölgədə qarışıqlıq və qeyri-müəyyənlik hökm sürür, bir çox sakinlər atəşkəsin tam qüvvəyə minib-minmədiyini dəqiq bilmirlər.
İsrail hökuməti cümə gecəsi HƏMAS-la atəşkəs razılaşmasını rəsmi şəkildə təsdiqləyib. Razılaşmaya əsasən, hərbi əməliyyatların 24 saat ərzində dayandırılması və Qəzzada saxlanılan israilli girovların 72 saat ərzində azad olunması nəzərdə tutulur. Qəzza şəhərinə uzanan Aralıq dənizi sahil yolu boyunca da İsrail qüvvələri geri çəkilib. Şəhərə qayıtmaq istəyən yüzlərlə sakin orada toplaşıb, lakin yaxınlıqda atəş səsləri eşidildiyi üçün çoxları irəliləməyə cəsarət etməyib.