Müstəqil Dövlətlər Birliyinin liderləri “MDB Plus” formatının yaradılması və Şanxay Əməkdaşlıq Təşkilatına MDB-də müşahidəçi statusunun verilməsi barədə qərar qəbul ediblər.
News365.az "Rossiya 1" telekanalına istinadən xəbər verir ki, müvafiq sənədlər Düşənbədə MDB dövlət başçılarının görüşündən sonra imzalanıb.
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov belə bir formatın yaradılması ideyasını çox faydalı adlandırıb:
"Bu, o deməkdir ki, bütün əsas regional təşkilatlar bir-biri ilə daha sıx əlaqədə olacaqlar. Birgə sammitlər çətin ki, baş tutsun, lakin müxtəlif təşkilatların nümayəndələri ŞƏT, MDB və BRİKS-in iclaslarında iştirak edə bilər. Müəyyən bir görüşdə müzakirə olunan gündəliyə əsasən, bu və ya digər dövlətin qoşulması gözlənilir".
Uşakov bildirib ki, qəbul edilmiş sənədlərə, həmçinin “MDB-yə üzv dövlətlərin 2030-cu ilədək olan dövr üçün hərbi əməkdaşlıq Konsepsiyası haqqında”, “MDB-nin baş katibi haqqında” qərarlar və Müstəqil Dövlətlər Birliyinin dövlət başçılarının Çernobıl faciəsinin 40-cı ildönümü ilə bağlı bəyanatı, ümumilikdə 19 sənəd daxil edilib.