Ceyhun Cəfərovun işində daha bir nəfər azadlığa buraxıldı

Ceyhun Cəfərovun işində daha bir nəfər azadlığa buraxıldı
14:24

Kürdəmirin keçmiş icra başçısı Ceyhun Cəfərovla birgə məhkum edilmiş mühasib də vaxtından əvvəl azadlığa buraxılıb.

News365.az-ın məlumatına görə, yerli məhkəmə Rəcəb Hüseynovun həbsinin qalan 5 ayını şərti hesab edib.

R.Hüseynov bir müddət əvvəl cəzaçəkmə müəssisəsindən azad edilib. 

Amma prokuror bu qərarla razılaşmayıb, məhkumun yenidən həbs edilməsi üçün protest verib. Bakı Apellyasiya Məhkəməsi prokurorla razılaşmayıb.

Xatırladaq ki, eks-icra başçısı Ceyhun Cəfərov da vaxtından əvvəl cəzadan azad edilmişdi. Artıq onun şərti məhkumluq müdddəti də başa çatıb. 

Təhsil Şöbəsinin baş mühasibi işləmiş Rəcəb Hüseynov C.Cəfərovdan 1 il sonra-2021-ci ilin oktyabrında korrupsiya ittihamı həbs edilib. Yekun qərarla ona 4 il 4 ay həbs cəzası kəsilmişdi.


Sizin reklam burada
Sizin reklam burada