Yenidən boşanmaq qərarı aldılar

Yenidən boşanmaq qərarı aldılar
14:36

Bloqer Oksana Samoylova və həyat yoldaşı reper Ciqan boşanır.

News365.az xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, Oksana 13 illik evliliklərini bitirmək üçün oktyabrın 6-da məhkəməyə ərizə təqdim edib.

Hətta bloqer instaqram hesabında “ana, sənin qızın güclü olmaqdan yoruldu” şərhi ilə video da paylaşıb.

Xatırladaq ki, daha əvvəl də cütlük boşanmaq qərarına gəlmiş, lakin fikirlərindən daşınmışdılar.

Qeyd edək ki, Ciqan və Oksana 2012-ci ilin dekabr ayında ailə həyatı qurublar. Onların üç qızı (Ariela, Leya, Maya) və bir oğlu (David) var.  












Sizin reklam burada
Sizin reklam burada