Mən əvvəl də təklif etmişdim ki, gəlin, ayrıca problemlərin həll edilməsi ilə bağlı bir nazirlik yaradaq.
News365.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fazil Mustafa deyib.
"Çünki ayrı-ayrı nazirlik, dövlət komitələri arasında səma rəqsində olduğu kimi dövr edən Azərbaycan vətandaşlarınının bir çox hallarda asan məsələləri həll etməkdə nə qədər vaxt itirdiyinin şahidi oluruq. Ancaq ölkə Prezidentinin təşəbbüsu ilə yaradılan ASAN xidmət modelinin yaranmasından sonra vətəndaş məmnunluğunun ən yüksək səviyyədə təmin olunduğu mexanizmi əldə edə bildik. Bu model insanları bir çox hallarda korrupsiyadan xilas etdi.
Artıq adi məsələləri həll etmək üçün saatlarla gözləməyə ehtiyac yoxdu. Eyni adla, məsələn, AYNA 4 hərfdən ibarətdir. Amma məmnunluq baxımından ASAN xidmət hər zaman öndədir", - o deyib.