Köç prosesi davam edir – Yeni ailələr Təzəbinə kəndinə yerləşdirildi

Köç prosesi davam edir – Yeni ailələr Təzəbinə kəndinə yerləşdirildi
14:19

Xocalı rayonuna yola salınan növbəti köç karvanı Təzəbinə kəndinə çatıb, açarlar təqdim olunub.

News365.az xəbər verir ki, açarların təqdim olunması mərasimində Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər.

Qeyd edək ki, Təzəbinə kəninə köçürülən ailələrin sayı 56-ya (251 nəfər) çatıb.


Sizin reklam burada
Sizin reklam burada