Ankarada dövlət qurumlarının rəhbərlərinə məxsus elektron imzaları kopyalayaraq saxta diplom və sürücülük vəsiqəsi hazırlayan 199 nəfərlə bağlı məhkəmə davam edir.
News365.az xəbər verir ki, Ankara 23-cü Asliye Cinayət Məhkəməsi həbsdə olan 5 sanığın – Mıhyeddin Yakışır, Taner Dağhan, Ziya Kadiroğlu, Gökay Celal Gülen və Yalçın Maraşlının azadlığa buraxılmasına qərar verib.
Beləliklə, iş üzrə həbsdə olan təqsirləndirilən şəxs qalmayıb.
İttihamlar “sistemi pozma”, “elektron imzada saxtakarlıq” və “məlumatları qanunsuz əldə etmə” maddələrinə əsaslanır.
Növbəti məhkəmə iclası 16 yanvarda keçiriləcək.
News365.az