Ankara Qatar Stansiyasında 2015-ci il oktyabrın 10-da baş verən terror hücumunun 10-cu ildönümündə anım mərasimi keçirilib. Tədbir zamanı polis və iştirakçılar arasında gərginlik yaşanıb.
News365.az xəbər verir ki, Ulus metro stansiyasından “10-cu il anım və ədalət yürüşü” adı ilə başlayan tədbirə DEM Partiyasının həmsədri Tunçer Bakırhan, CHP nümayəndələri, DİSK, KESK, TTB və TMMOB kimi təşkilatlar qatılıb.
Saat 10:04-də hücumun baş verdiyi yerdə bir dəqiqəlik sükut elan olunub, qurbanların adları oxunaraq “yaşayır” deyilib.
10 Oktyabr Sülh Dərnəyinin sədri Mehtap Sakıncı çıxışında ədalətin hələ də təmin olunmadığını bildirib. DEM Partiyasının həmsədri Tunçer Bakırhan və CHP millət vəkili Vəli Ağbaba da məsul şəxslərin cəzasız qalmasını tənqid ediblər.
Tədbirin sonunda kütlə məhkəməyə doğru yürümək istəsə də, polis biber qazı ilə müdaxilə edib.
News365.az