PKK terror təşkilatının ləğvi ilə bağlı qurultay tezliklə keçirilə bilər.
News365.az xəbər verir ki, bunu Türkiyə parlamentində təmsil olunan DEM Partiyasının sözçüsü Ayşegül Doğan deyib. O qeyd edib ki, PKK-nın qurultay çağırması an məsələsidir.
"Biz üzərimizə düşən vəzifələri əzmlə yerinə yetiririk. Bu tarixi addıma xüsusi əhəmiyyət veririk”, - Ayşegül Doğan bildirib.
Xatırladaq ki, Abdullah Öcalan fevralın 27-də rəhbərlik etdiyi PKK-nı özünü buraxmağa və tərksilah olmağa çağırıb.