Dünyanın ən uzunömürlü heyvanları açıqlanıb

Dünyanın ən uzunömürlü heyvanları açıqlanıb
21:40

Dünyanın ən uzunömürlü heyvanları açıqlanıb.

News365.az xəbər verir ki, elm adamlarının məlumatlarına görə, dünyanın ən uzunömürlü heyvanlarından biri Qrenlandiya köpəkbalığıdır. Bu canlıların 400 ildən çox yaşaya bildiyi müəyyən edilib.

Bununla yanaşı, okean quahoqu kimi tanınan molyuskların 500 ildən çox yaşadığı məlumdur. Mərcan koloniyalarının isə minlərlə il mövcud ola bildiyi bildirilir.

Mütəxəssislər bəzi canlıların uzunömürlülüyünü onların yavaş metabolizmi və yaşadıqları mühitin xüsusiyyətləri ilə əlaqələndirirlər.


Sizin reklam burada
Sizin reklam burada