İnsan öz nəfəsini uzun müddət saxlayaraq həyatını itirə bilərmi?
News365.az xəbər verir ki, mütəxəssislərin fikrincə, nəfəsi saxlamaq zamanı qanda oksigen azalır, karbon qazının səviyyəsi isə artır və güclü nəfəsalma ehtiyacı yaranır.
İnsan müəyyən mərhələdə huşunu itirə bilər və nəfəsalma avtomatik şəkildə bərpa oluna bilər. Lakin oksigen çatışmazlığı uzun müddət davam edərsə, beyin və ürək ciddi zədələnə, hətta ölüm baş verə bilər.
Bu səbəbdən nəfəsi uzun müddət saxlamağı, xüsusilə su altında sınamağı mütəxəssislər təhlükəli hesab edirlər.