Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşının Fransaya daxil olan kimi saxlanması qəbuledilməzdir. Bu, Rusiya ilə Fransa hakimiyyəti arasında Paris tərəfindən artıq korlanmış münasibətləri daha da pisləşdirir. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə söhbəti zamanı deyib.
Kreml rəsmisi aprelin 6-da Şarl de Qoll hava limanında baş vermiş insidenti psiləyib. O, Rusiya rəsmi nümayəndə heyətinin üzvünün telefon və kompüterinin müsadirə edilməsi, onu hava limanının sərhəd zolağında bir gün vaxt keçirməyə məcbur edilməsini tənqid edib.
"Bunlar tamamilə qəbuledilməz hərəkətlərdir. Bu addımlar Fransa Respublikasının Vyana Konvensiyasından irəli gələn bütün öhdəliklərinə ziddir", - Peskov bildirib.
Tural