Paşinyan kəndlilərlə delimitasiyanı müzakirə etdi

Paşinyan kəndlilərlə delimitasiyanı müzakirə etdi
17 Apr 2024 13:46

Ermənistanın baş naziri Nikol Paşinyan çərşənbə günü Tavuş vilayətinin Voskepar kəndinin sakinləri ilə yenidən görüşüb.

Sputnik Armenia-nın yaydığı məlumata görə, yerli sakinlərlə görüş Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyası məsələlərini müzakirə etmək üçün təşkil olunub.

"Hökumət başçısı bir neçə dəqiqə əvvəl sosial şəbəkələrdə görüşün başa çatması barədə məlumat yayıb. O, görüşlə bağlı başqa təfərrüatları açıqlamayıb", - nəşr yazıb.

Xatırladaq ki, Nikol Paşinyanın Voskepara əvvəlki səfəri bir ay əvvəl - martın 18-də baş tutmuşdu. Baş nazir burada rezonans doğuran bəyanatla çıxış edib. O, delimitasiya məsələsinin müzakirəsindən imtinanın Azərbaycanla yeni müharibəyə gətirib çıxara biləcəyini deyib. Həmin vaxt yerli media bunu ölkə rəhbərinin xalqı təhdid etməsi kimi qiymətləndirmişdi.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər