“Paşinyan həm imzasına, həm də qələminə hörmət etməlidir”- Sahil Kərimli

“Paşinyan həm imzasına, həm də qələminə hörmət etməlidir”- Sahil Kərimli
13:03

 “Paşinyan həm imzasına, həm də qələminə hörmət etməlidir”

Politoloq Sahil Kərimli News365.az-a açıqlamasında bildirib ki, Ermənistan hələ 2020-ci ildə kapitulyasiya aktına imza atdığı dövrdə üzərinə böyük öhdəliklər götürmüşdü.

Onun sözlərinə görə, sonrakı mərhələlərdə də Azərbaycanın qətiyyətli və sərt siyasi iradəsi nəticəsində Ermənistan dəfələrlə danışıqlar prosesinə cəlb edilib:

"Müəyyən razılaşmalar əldə olunmuş, bəyanatlar imzalanmışdı. Amma Ermənistanın baş naziri bu günə qədər – Vaşinqton görüşünədək – nə imzasına, nə də qələminə hörmət edib. Götürdüyü öhdəliklərə əməl etməyib. Bu baxımdan Azərbaycan Prezidentinin Paşinyana simvolik olaraq qələm təqdim etməsi əhəmiyyətli mesajdır. Bu, o deməkdir ki, Paşinyan həm imzasına, həm də qələminə hörmət etməlidir”, – deyə o vurğulayıb.

Politoloq qeyd edib ki, Azərbaycan uzun illərdir Ermənistana güvənmir:

"Ermənistan dəfələrlə verdiyi sözün arxasından çəkilib, öhdəliklərini pozub. Hətta dünyanın aparıcı paytaxtında, ABŞ-da, Donald Trampın şahidliyi ilə imzalanan sənədlərə belə əməl etməyib. Vaşinqtonda belə davranan bir hökumətin sülh prosesinə sadiqliyinə inanmaq çətindir”, – Sahil Kərimli əlavə edib


Sizin reklam burada
Sizin reklam burada