Papanın uşaqlıq illərini keçirdiyi evi satışa çıxardılar

Papanın uşaqlıq illərini keçirdiyi evi satışa çıxardılar
10:23

Papa XIV Leonun böyüdüyü ev hərraca çıxarılıb. Mənzil Çikaqonun şəhərətrafı bölgəsində yerləşir. Bu barədə "The Independent" məlumat yayıb.


"Kottec şəhərin cənubunda, Dolton ərazisində yerləşir. Evin başlanğıc qiyməti 250 min dollardır. Evdə beş yataq otağı, iki vanna otağı var və kiçik bir bağça ilə əhatə olunub", - nəşr yazıb.

Ev sahibləri hələ bu ilin yanvarında mənzili 219 min dollara satmağa cəhd ediblərmiş. Lakin kardinal Robert Prevost Vatikanın yeni rəhbəri seçildikdən sonra kottec satışdan çıxarılıb. İndi ev sahibi ümid edir ki, pontifikin yaşadığı ev turistik məkana çevriləcək. Satış iyun ayında onlayn auksion vasitəsilə başlayacaq.

Robert Prevost mayın 8-də Konklavda kardinalların səsverməsi nəticəsində 267-ci Papa oldu. O, Müqəddəs Taxt-taca rəhbərlik edən ilk amerikalıdır. Prevost 1955-ci ildə Çikaqoda italyan, fransız həttə ispan əsilli ailədə anadan olub.




Tural


Sizin reklam burada
Sizin reklam burada