Özbəkistan və Azərbaycan iki ölkə arasında aviareyslərin sayını həftədə 40-a çatdırmağı planlaşdırır.
News365.az xəbər verir ki, bu barədə Özbəkistanın nəqliyyat naziri İlxom Maxkamov "Özbəkistan 24" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, hazırda ölkələr arasında həftədə 18 aviareys həyata keçirilir, onların sayını 40-a qədər artırmaq tapşırığı qoyulub.
İ. Maxkamov əlavə edib ki, avqustun 23-də Daşkənddə keçirilən ali səviyyəli danışıqların yekunlarına əsasən, Azərbaycan və Özbəkistan Orta Dəhlizin infrastrukturunun inkişafı, birgə müəssisələrin yaradılması və bərə əlaqəsinin bərpası barədə razılığa gəliblər. Nazir vurğulayıb ki, bu iş praktiki istiqamətdə davam etdiriləcək.