“Qazaxstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və Tacikistanın daxil olduğu Orta Asiya regionu 3 mln 882 min kv kilometr ərazi, 80 mln insanı əhatə edir. 5 ölkənin toplam ÜDM həcmi 450 mlrd ABŞ dolları təşkil etməkdədir. Dünya uran ehtiyatının -20%, neft ehtiyatının -17.2%, qaz ehtiyatının-7% bu regionun payına düşür.2018-2023-cü illər ərzində 5 ölkənin qarşılıqlı ticarəti 5.7 mlrd dollardan – 11 mlrd dollara qalxıb və bu tendensiya davam etməkdədir. Təkçə ötən il bu göstərici 25 % artıb”.
Bunu News365.az -a açıqlamasında iqtisadçı ekspert Aqil Məmmədov deyib. O bildirib ki, BMT-nin hesablamalarına əsasən dünyada ən gənc regionlardan biridir Mərkəzi Asiya, burada əhalinin orta yaş göstəricisi 28.7-dir:
“Hesablamalara əsasən regionda orta yaş göstəricisi digər regionlardan fərqli olaraq azalmaq istiqamətində gedəcək və 2040-cı ilə -28.3 yaş təşkil edəcək. Misal üçün Şimali Merika qitəsində bu göstərici 41.5 yaş, Avropada -46.8 yaş, ÇİN-də - 48 yaş təşkil edəcək.
Bu Mərkəzi Asiya regionu insan resurları baxımından digər regionlarla müqayisədə daha avantajlı edir və bu resurs düzgün istifadə edilərsə regionun iqtisadi inkişafının əsasını təşkil edə bilər.
Müxtəlif regionlarda baş verən geosiyasi proseslər fonunda görünən odur ki, Mərkəzi Asiya ölkələri artıq Avropa-Asiya arasında bir keçid məntəqəsi deyil, artıq regional aktor kimi önə çıxmaq niyyətindədirlər.
Qazaxıstan tərəfindən təklif edilən və 5 Asiya ölkəsi liderinin Astana sammitində qəbul edilən “Mərkəzi Asiya-2040” sənədinin əsas hədəfi beş ölkənin birlikdə ortaq kooperasiya maraqları ilə Mərkəzi Asiyasının beynəlxalq münasibətlərdə yerini möhkəmləndirməkdir. Görünən odur ki, Qazaxıstan region ölkələri ilə birlikdə Avropa İttifaqının əsas sələfi hesab edilən Avropa İqtisadi Əməkdaşlıq təşkilatı formatında yeni regional təşkilat formalaşdırmağa çalışır. Qeyd edilən ölkələr həm ortaq tarixə, ortaq mədəniyyədə malikdirlər.
Mərkəzi Asiyada yeni iqtisadi birliyin formalaşdırılması həmçinin Azərbaycan üçündə faydalı ola bilər. Azərbaycan üzərindən keçən dəhliz Orta Asiya ölkələrinin Avropaya əsas və ən təhlükəsiz yoludur. Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin bağlanması və regional kommunikasiyaların açılması yaxın gələcəkdə Cənubi Qafqaz- Orta Asiya iqtisadi platformasının qurulmasına imkan verəcək”.
News365.az