Günəşdə güclü və 9 dəqiqəlik partlayış oldu

Günəşdə güclü və 9 dəqiqəlik partlayış oldu
12:01

Oktyabrın 14-də Günəşin səthində M2.0 sinifli güclü alışma baş verib. Bakıvaxtı.az xəbər verir ki, hadisə barədə məlumatı “TASS” yayıb.

News365.az-ın məlumatına əsasən, alışma 4246 nömrəli günəş ləkəsi qrupunda (koordinatlar N23W26) müşahidə olunub və təxminən 9 dəqiqə davam edib.

Qeyd olunur ki, bu, son günlərdə qeydə alınan ən güclü M sinifli rentgen alışmalardan biridir. Hadisənin Yerin maqnit sahəsinə təsir edib-etməyəcəyi yaxın saatlarda dəqiqləşdiriləcək.

News365.az


Sizin reklam burada
Sizin reklam burada