Zərdabda ağır yol qəzası baş verib.
News365.az xəbər verir ki, hadisə Zərdab–Ucar avtomobil yolunda qeydə alınıb.
"BMW" və "Renault" markalı avtomobillərin toqquşması nəticəsində 1956-cı il təvəllüdlü Mustafa Hacı oğlu Məmmədov hadisə yerində ölüb.
Qəza zamanı 2011-ci il təvəllüdlü Məhəmməd Qurban oğlu Neymətli və 1995-ci il təvəllüdlü Gündüz Yusif oğlu Novruzov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.