Bu gün Misirin Şarm əl-Şeyx şəhərindəki Beynəlxalq Konqres Mərkəzində Yaxın Şərq Sülh Sammiti keçirilib.
News365.az xəbər verir ki, Sammit çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramov və ermənistanlı həmkarı Ararat Mirzoyan Sammitin keçirildiyi Konqres Mərkəzində ayaqüstü söhbət ediblər.