Səudiyyə Ərəbistanı Krallığının Bakıdakı səfirliyi "Adahi" proqramı çərçivəsində Azərbaycan üçün göndərilən qurban ətlərinin paylanmasını həyata keçirib.
News365.az xəbər verir ki, paylanma mərasimi Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri, Krallıqdan gələn digər nümayəndələr və Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə həyata keçirilib.
Göndərilən sovqatın Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisində yaşayan şəhid ailələrinə, müharibə əlillərinə, eyni zamanda həssas qrupdan olan ailələrə paylanması nəzərdə tutulub və ümumilikdə 9 minə yaxın şəxsi əhatə edəcək.