Gəncədə qəza baş verib, 3 nəfər xəsarət alıb

Gəncədə qəza baş verib, 3 nəfər xəsarət alıb
13 Okt 2025 23:15

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər xəsarət alıb.

News365.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov prospektində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı minik avtomobili “Chevrolet”-ə arxadan çırpılıb.

Zərbənin təsirindən “Chevrolet” yol kənarındakı ağaca dəyib.

Qəza zamanı 1968-ci il təvəllüdlü E. Qurbanova, 1972-ci il təvəllüdlü S. Allahverdiyev və 1999-cu il təvəllüdlü R. Yusifzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Qəzaya düşən “Chevrolet” Samux Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə məxsusdur.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada