Azərbaycan rusdilli ölkədir?- Tural İrfan yazır

Azərbaycan rusdilli ölkədir?- Tural İrfan yazır
09:23
Qızıl Orda dövlətinin dövründə, 260 il ondan da çox əvvəllər indiki Rusiya əhalisi türk dilinin tatar, qıpçaq, uyğur ləhcəsində danışırdı. İndiki Rusiya o zaman türkdilli ölkə idi. Bunun çoxsaylı izləri hələ də qalmaqdadır. Hətta kilsələrdə dini rituallar da türkcə oxunurdu...
İndi beş - on nəfər tində-bucaqda yarımçıq rusca danışır deyə Azərbaycan hardan rusdilli ölkə oldu? Çar və Sovet dövründə burada rusca danışanlar bu dilə rəğbətindən deyil, sadəcə başqalarından seçilmək və yekəxanalıq əlaməti olaraq danışırdılar. İndi də həmin kütlə ingiliscə danışır. Yəni bu vərdişə aludə olanların da rusdilli olduğunu söyləmək qəbuledilməzdir.
Tural İrfan, politoloq

Sizin reklam burada
Sizin reklam burada