Bu il
İqtisadiyyat üzrə Nobel mükafatını innovasiyaya əsaslanan iqtisadi artım və
yaradıcı dağıntı nəzəriyyəsini elmi şəkildə izah etdiklərinə görə Joel Mokyr,
Philippe Aghion və Peter Hovitt qazandı.
Onların nəzəriyyəsi
təsdiq edir ki, iqtisadi inkişafın əsasında innovativ düşüncə, rəqabət və azad
sahibkarlığın yaratdığı yaradıcı dağıntı dayanır. Yeni ideyalar köhnə sistemləri
sıradan çıxarır, sahibkarlıq bu boşluğu daha səmərəli modellərlə doldurur, rəqabət
isə bu prosesi davamlı və dayanıqlı edir.
Doğrusu, bu
istiqamətləri son bir il ərzində dəfələrlə statuslarımda vurğulamışam. Çünki, rəqabət
şəraitində sahibkar fəallığı və innovativ yanaşmalar inkişaf etməkdə olan ölkələr
üçün davamlı iqtisadi yüksəlişin ən etibarlı yoludur
Bu gün artıq
Nobel Komitəsinin də təsdiqlədiyi qlobal elmi həqiqət budur ki, inkişaf köhnəni
qorumaqla deyil, azad sahibkarlığın iştirakı ilə formalaşan rəqabətli mühitdə
yenilik yaratmaqla mümkündür.
Eldəniz
Əmirov, iqtisadçı