Dənizkənarı Bulvarda attraksionlar fəaliyyətə qayıdır

Dənizkənarı Bulvarda attraksionlar fəaliyyətə qayıdır
09:15

Bakının Dənizkənarı Milli Parkındakı attraksionlar yenidən fəaliyyətə başlayır.

News365.az-ın məlumatına görə, bir müddət əvvəl istismar müddəti başa çatdığı və təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün fəaliyyəti dayandırılan attraksionlar yenilənib.

Hazırda sözügedən ərazidə tamamilə yeni, beynəlxalq standartlara cavab verən, müasir və təhlükəsiz attraksionlar quraşdırılıb.

İctimai rəyi və təhlükəsizlik amilini nəzərə alan idarə attraksionların yenilənməsi istiqamətində müvafiq işlər görüb.

Dənizkənarı Milli Parkın ənənəvi əyləncə zonası bu gündən yenidən ziyarətçilərin ixtiyarına veriləcək.


Sizin reklam burada
Sizin reklam burada