Prezident İlham Əliyev: “Qardaş Tacikistan xalqını Prezidentin rəhbərliyi ilə əldə olunmuş uğurlar və nailiyyətlər münasibətilə təbrik etmək istərdim”
Son illərdə Azərbaycan–Tacikistan əlaqələrində
bir sıra uğurlar və nailiyyətlər əldə olunub. Öncə iki ölkəninin
münasibətlərinin tarixinə nəzər yetirək. Belə ki, Azərbaycan ilə Tacikistan
arasında diplomatik münasibətlər 1992 ci ildə qurulub. Hər iki ölkə ortaq
tarixə, mədəni və dil mədəniyyət bağlarına malikdirlər və bunlar müasir dövrdə
də əlaqələrin güclənməsinə stimul verən əsas amillərdən biridir. Liderlərin
qarşılıqlı səfərləri, imzalanan razılaşmalar, iqtisadi, mədəni və humanitar
əməkdaşlığın genişləndirilməsi bu dostluq münasibətlərinin möhkəmləndiyini
göstərir. 23 may 2024 cü ildə Azərbaycan və Tacikistan arasında Strateji
tərəfdaşlıq haqqında deklarasiya imzalanıb. Bu sənəd iki ölkə arasında
münasibətlərin daha da dərinləşdirilməsini, müxtəlif sahələrdə əməkdaşlığın
sistemli şəkildə genişləndirilməsini məqsədləndirir. Eyni zamanda ədliyyə
sahəsində, məhkəmə icra sistemində, statistika sahəsində, həmçinin rəqəmsal
inkişaf və nəqliyyat sahəsində əməkdaşlıq memorandumları bağlanıb. Bu,
əlaqələrin yalnız iqtisadi deyil, həm də institusional və idarəetmə
səviyyəsində inkişaf etdiyini göstərir.
İqtisadi
sahədə əlaqələr son illərdə ciddi şəkildə genişlənib və müxtəlif istiqamətlərdə
layihələr reallaşmaqdadır. Azərbaycanda təşkil olunan iş forumlarında
Tacikistan və Azərbaycan şirkətləri arasında investisiya, sənaye, kənd
təsərrüfatı, tekstil, neft‐emal
sənayesi yönümlü layihələr barədə razılaşmalar imzalanıb. Tacik Alüminium
Şirkəti (TALCO) ilə Azeraluminium arasında əməkdaşlıq müqaviləsi bağlanıb;
TALCO‐nun modernləşdirilməsi,
alüminium, krialit və alüminium fluorid maddələrinin tədarükü kimi sahələrdə
ortaq layihələr planlaşdırılır. Azərbaycan və Tacikistan arasında may 2024 iş
forumunda ümumilikdə təxminən 700 milyon dollar dəyərində layihələrin ilkin
texniki‐iqtisadi araşdırması aparılır.
Bu layihələr arasında kənd təsərrüfatı, tekstil, neft məhsullarının emalı,
pambıq yetişdirilməsi və pambıq toxumlarının emalı, alüminium emalı sahələri
var. Tacik‐Azərbaycan Hökumətlərarası
Komissiyanın iqtisadi əməkdaşlıq üzrə toplantılarında (məsələn, yeddinci iclas)
yaşıl enerji, sənaye müəssisələri, nəqliyyat logistika və kənd təsərrüfatı
sahələrində konkret təşəbbüslərin həyata keçirilməsi barədə razılıq əldə
edilib. 2025 ci ilin ilk yarısında ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə
müqayisədə dəfələrlə artıb. Məsələn, yanvar iyun 2025 ci ildə Tacikistana
Azərbaycan ixracı və Tacikistandan idxalın həcmi artıb. Azərbaycanın
Tacikistandan idxal etdiyi mallar arasında meyvə qurusu məhsullar (qurudulmuş
ərik və s.), yumurta, pambıq ipliyi və s. vardır; Tacikistana ixrac olunan
məhsullarda isə ərzaq məhsulları, ağ şəkər, bitki yağları, telekommunikasiya
üçün elektrik keçiriciləri və digər mallar yer alır.
Prezident
İlham Əliyev oktyabrın 10-da Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud
tərkibdə iclasında çıxışında Azərbaycan və Tacikistanın əlaqələrinin
perspektivlərindən danışıb. Dövlətimizin başçısı Tacikistana, onun rəhbəri
Emomali Rəhmonun siyasəti çərçivəsində əldə olunan uğurlar və nailiyyətlər
münasibətilə səmimi təbriklərini bildirib. Xüsusilə Düşənbənin inkişaf
tempindən, yeni binaların tikilməsindən və ümumi şəhərsalma baxımından
gözəgörünən dəyişikliklərdən danışıb. Bakı Düşənbə münasibətlərinin isə
qardaşlıq, dostluq və qarşılıqlı dəstək üzərində qurulduğunu vurğulayıb, bu
münasibətlərin gələcəkdə daha da genişlənməsinin böyük potensiala malik
olduğunu qeyd edib. Bu çıxış, Tacikistanın inkişafı, Düşənbənin simasının
dəyişməsi və şəhərin ildən ilə daha da gözəlləşməsi baxımından Azərbaycan
rəhbərinin yüksək qiymət verdiyini vurğulayır.
Prezidentin
dedikləri təkcə rəmzi ifadələr deyil; faktlara əsaslanaraq Düşənbə son illərdə
bir sıra mühüm layihələr həyata keçirib, şəhərin infrastrukturu və urban mühiti
əhəmiyyətli dərəcədə yaxşılaşıb. Şəhərin mərkəzi küçələrində, hökumət və
parlament binaları arasında yeni tikililər diqqəti çəkir. Çin tərəfindən
maliyyələşdirilmiş və architektura baxımından həm müasir, həm də milli
elementləri özündə birləşdirən hökumət və parlament binalarının tikilməsi
Düşənbənin görünüşünü və paytaxt statusunu daha da gücləndirir.
Cənab Prezidentin çıxışında Bakı Düşənbə
əlaqələrindən danışılması bu münasibətlərin dərinliyini göstərir. Azərbaycan və
Tacikistan arasında tarixi dostluq və qardaşlıq əlaqələri mövcuddur, xüsusilə
1990 cı illərin ağır dövrlərində hər iki ölkənin qarşılaşdığı problemlərin
formalaşdırdığı siyasi iradə və ümumi məqsədlər bu münasibətlərin əsasını
qoyub. İnfrastruktur, humanitar sahə, iqtisadi və mədəni əməkdaşlıq potensialı
yüksəkdir. Hər iki ölkə üçün stabil inkişaf, investisiya atmosferinin
yaxşılaşdırılması, regional əməkdaşlığın genişləndirilməsi önəm daşıyır.
Prezident Aliyev bu kontekstdə Bakı Düşənbə münasibətlərinin gələcəkdə daha da
inkişaf etdiriləcəyini vurğulayıb. Tacikistanın, xüsusilə Düşənbənin inkişafı,
yalnız ölkə daxilində deyil, regionda da nümunəvi bir model kimi görünür.
Prezident Rəhmonun rəhbərliyi altında aparılan siyasətlər şəhərsalma,
infrastruktur inkişafı və sosial proqramların ardıcıl həyata keçirilməsi
sayəsində bu sürətli inkişaf mümkün olub. Sabitlik investisiyaların cəlb olunmasına
və yerli layihələrin reallaşmasına şərait yaradır. Tacikistan müxtəlif
beynəlxalq maliyyə institutları, donorlar və tərəfdaşlarla əməkdaşlıq edir. Çin
yardımı, EBRD və UNDP layihələri, Yaponiya fondu və b. kimi ölkələrdən gələn
dəstək şəhərin inkişafında xüsusilə vacib olub. Bu cür layihələr yalnız tikinti
işləri deyil, eyni zamanda ətraf mühitin qorunması, yaşanabilirliyin
artırılması və xidmət keyfiyyətinin yüksəldilməsi istiqamətindədir.
Tacikistan
və onun paytaxtı Düşənbə son illərdə göstəriş verən bir inkişaf mərhələsinə
qədəm qoyub. Yeni binalar, modern infrastruktur, müasir xidmətlər və insanların
yaşam şəraitinin yaxşılaşması bu inkişafın əsas sütunlarından biridir.
Prezident İlham Əliyevin çıxışı bu inkişafın həm dost münasibəti çərçivəsində
qiymətləndirilməsi, həm də regionda mehriban qonşuluq, əməkdaşlıq ruhunun
möhkəmlənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Düşənbənin ildən ilə
gözəlləşməsi və inkişaf etməsi həm Tacik xalqı üçün böyük uğurdur, həm də
Azərbaycan Tacikistan əlaqələrini daha da dərinləşdirəcək bir zəmin yaradır.
Gələcəkdə bu əlaqələrin həm iqtisadi, həm mədəni, həm də şəhərsalma sahələrində
daha çox layihə və əməkdaşlıqla zənginləşməsi mümkündür.
Aybəniz Rüstəmova
Avrasiya universitetinin Humanitar fənlər və
regionşünaslıq
kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru,
dosent