“Azərbaycanda ət daha ucuz olacaq”.
Azad İstehlakçılar Birliyinin sədri News365.az-a müsahibəsində bildirib ki, təşkilatın əsas məqsədi vətəndaşların ucuz və keyfiyyətli ərzaq, o cümlədən ətlə təmin olunmasıdır.
Onun sözlərinə görə, ölkədə yerli ət istehsalında problemlər olduğuna görə qiymətlər sürətlə qalxır. Buna baxmayaraq, idxal olunan ətlər gömrükdə tam yoxlanılır və qida təhlükəsizliyi standartlarına cavab verir:
“Ətlərin təhlükəsizliyi tam təmin olunur. Gömrük sərhədindən keçən bütün ərzaqlar qida təhlükəsizliyi tərəfindən yoxlanılır. Amma keyfiyyət məsələsi başqa məsələdir. Yəni ucuz ətlər həm təhlükəsiz , həm də keyfiyyətsiz ola bilər. keyfiyyət məsələsi arxa planda qalır. Lakin bu o demək deyilki, ucuz qiymətə idxal olunan ətlər həm keyfiyyətsiz həmdə təhlükəlidir. Belə deyil.
O, həmçinin bildirib ki, ölkədə heyvandarlıq və ətçiliyin inkişafı üçün perspektiv planlar hazırlanıb:
“Əgər uğurlu kənd təsərrüfatı siyasəti həyata keçirilərsə, yaxın 8 ildə vətəndaşlar yerli və keyfiyyətli ətlə təmin olunacaq, qiymətlər isə aşağı düşəcək. Ətin qiymətinə bir çox amillər təsir edir – heyvan yemi, saxlama şəraiti, suvarma, torpaq və digər resurslar. Buna baxmayaraq, boşalmış ərazilərdə düzgün təsir vasitəsilə yerli ət istehsalı artırılacaq və Azərbaycan vətəndaşları ucuz və keyfiyyətli ətlə təmin olunacaq,” – deyə o qeyd edib.
Sədr müsahibəsində həmçinin vurğulayıb ki, hazırda bir çox ekspertlər və xaricdə təhsil almış mütəxəssislər yerli ətçiliyi inkişaf etdirmək üçün birgə işlər aparırlar və yaxın gələcəkdə ölkədə ət istehsalı daha əlçatan olacaq.