“Paşinyana yüklənən məğlub ordunun məsuliyyəti başqa yerdədir”- Politoloqdan şərh

“Paşinyana yüklənən məğlub ordunun məsuliyyəti başqa yerdədir”- Politoloqdan şərh
10:40

“Bu, sadəcə ləkələmə kampaniyasıdır”.

Politoloq Natiq Miri “News365.az”a açıqlamasında bildirib ki, hazırda yayılan bəzi iddialar seçkiöncəsi dövrdə qarşı tərəfi gözdən salmaq məqsədi daşıyır. Onun sözlərinə görə, bu, “çamur at, izi qalsın” prinsipi ilə aparılan fəaliyyətin tərkib hissəsidir.

“Bu, sadəcə ləkələmə, çamur atmaq cəhdidir. Tutmasa da hər hansı bir izin qalacağı düşüncəsi ilə edilən bir fəaliyyətdir. Seçki öncəsi biz bu cür absurd ittihamları daha çox görəcəyik,” – deyə politoloq qeyd edib.

Natiq Miri əlavə edib ki, Ermənistanın məğlub ordusu Paşinyanın deyil, ondan əvvəlki hakimiyyətlərin yaratdığı ordudur:
“Bu məğlub ordu Paşinyanın ordusu deyildi. Bu ordunu, ‘məğlubedilməz ordu’ kimi təqdim olunan sistemi yaradanlar Ter-Petrosyan, Kaçaryan və Sarkisyandır. Müdafiə naziri Ohanian vaxtilə ‘keçil­məz sədd’ haqqında mif yaratmışdı, lakin Azərbaycan əsgərləri bir neçə saat ərzində həmin səddi keçdilər.”

Politoloq hesab edir ki, Azərbaycanı nəzərə almadan planlar quran qüvvələr məğlubiyyətlərinin əsas səbəbini də görmək istəmirlər:
“Sizin istənilən planınıza qarşı Azərbaycanın atacağı addımları niyə düşünməmisiniz? Əgər bunu vaxtında etsəydiniz, minlərlə ermənini qırdırıb Qarabağı işğal etməzdiniz,” – deyə Miri vurğulayıb.

Onun fikrincə, yayılan iddialar və təbliğatlar daxili siyasi məqsədlərlə bağlıdır və reallığı əks etdirmir.


Sizin reklam burada
Sizin reklam burada